Trampdan İrana sərt xəbərdarlıq

Trampdan İrana sərt xəbərdarlıq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə diqqət çəkib. O bildirib ki, əgər İran ABŞ hərbi gəmilərini və ya maraqlarını yenidən hədəf alarsa, Vaşinqtonun cavabı əvvəlkindən daha sərt olacaq.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ilə İran arasında iyun ayında gərginliyi azaltmaq və mümkün hərbi qarşıdurmanın qarşısını almaq məqsədilə anlaşma memorandumu imzalansa da son hadisələr bölgədə vəziyyətin yenidən gərginləşdiyini göstərir.

Məlumata görə, ABŞ ordusu İranda bir sıra hərbi hədəflərə zərbələr endirib. İran rəsmiləri isə bu hücumların cavabsız qalmayacağını bildirərək Vaşinqtona qarşı sərt bəyanatlar səsləndiriblər.

Donald Tramp sosial media hesabında paylaşım edərək ABŞ-ın həyata keçirdiyi əməliyyatlarla bağlı olduğu bildirilən görüntüyə münasibət bildirib. O paylaşımında belə yazıb:

“Bu, İranın dünən gəmilərə hücumuna cavabdır. Əgər bu yenidən təkrarlanarsa, cavab daha ağır olacaq”.

Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ticarət gəmilərini hədəf aldığı iddiasına cavab olaraq əlavə hərbi əməliyyatlara başladığını açıqlayıb. Bildirilib ki, keçirilən hücumlar zamanı təxminən 90 İran hərbi hədəfi vurulub.

İran Xarici İşlər nazirinin müavini Kazem Qəribabadi isə ABŞ-ın zərbələrinin cavabsız qalmayacağını bəyan edərək ölkəsinin buna müvafiq şəkildə reaksiya verəcəyini bildirib.

ABŞ və İran arasında qarşılıqlı təhdidlərin artması bölgədə yeni hərbi eskalasiya ehtimalı ilə bağlı narahatlıqları daha da gücləndirib.

PAYLAŞ