Xarici İşlər Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Kateqoriya məlum deyil
T
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Zəfər parkını və Zəfər abidəsini ziyarət ediblər.
Sfera.az verir ki, ziyarətçilər Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad ediblər.
