İsmayıllıda kənd təsərrüfatının inkişafına dair görüş keçirilib

İsmayıllıda kənd təsərrüfatının inkişafına dair görüş keçirilib
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı ilə bağlı keçirilmiş müşavirədə verilən tapşırıqların icrasını təmin etmək, eləcə də qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə fermerlər, sahibkarlar və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən əməkdaşlarla görüş təşkil olunmuşdur.

 

Sfera.az xəbər verir ki, görüşdə aqrar sektorun inkişaf perspektivləri, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli və qənaətli istifadə, həmçinin fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri geniş şəkildə müzakirə olunmuşdur.

 

Bildirildi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, ölkədə kənd təsərrüfatının davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və regionların sosial-iqtisadi tərəqqisi istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

 

Görüş zamanı fermer və sahibkarların təklifləri dinlənilmiş, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılmışdır.

 

Tədbirin sonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran əsas vəzifələr müəyyənləşdirilmiş, iştirakçılara müvafiq tövsiyələr verilmişdir.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
PAYLAŞ