İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?

İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Kateqoriya məlum deyil
T

İki yaşdan kiçik uşaqlara şokolad vermək məsləhət görülmür. Bu yaşda əlavə şəkərdən mümkün qədər uzaq durmaq tövsiyə edilir. Şokoladın tərkibindəki kofein və teobromin də 2 yaşdan kiçik uşaqların istehlakı üçün uyğun deyil. Bu yaşdan sonra isə şokolad az miqdarda və ara-sıra verilə bilər.

Sfera.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, şokolad gündəlik qida kimi deyil, bəzən yeyilən şirniyyat kimi qəbul edilməlidir.

Tərkibində şəkərin miqdarı yüksək olduğuna görə həddindən artıq istehlak dişlərdə çürümə riskini artıra, artıq çəkiyə səbəb ola bilər. Tünd şokoladda kofein daha çox olduğundan, kiçik uşaqlar üçün südlü şokolad belə yalnız məhdud miqdarda verilməlidir. Axşam saatlarında şokolad istehlakı bəzi uşaqlarda yuxu rejiminə mənfi təsir göstərə bilər. Əgər uşaqda süd, soya və ya qoz-fındıq allergiyası varsa, məhsulun etiketini mütləq yoxlamaq lazımdır.

PAYLAŞ