Kıvanç Tatlıtuğ ikinci dəfə ata olmağa hazırlaşır

Kıvanç Tatlıtuğ ikinci dəfə ata olmağa hazırlaşır
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin ailəsində sevindirici xəbər var. Məşhur cütlük ikinci övladlarını qarşılayır.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, 49 yaşlı Başak Dizer hazırda hamiləliyinin beşinci ayındadır.

Məlumata əsasən, cütlük bu dəfə qız övladı gözləyir. Beləliklə, 2022-ci ildə dünyaya gələn oğulları Kurt Efe yaxın vaxtlarda bacı sahibi olacaq.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Fransanın paytaxtı Parisdə ailə qurublar. Cütlük 2022-ci ildə ilk övladları Kurt Efenin dünyaya gəlməsi ilə ilk dəfə valideyn olublar.

Qeyd edək ki, son aylarda boşanacaqları ilə bağlı müxtəlif iddialar yayılsa da cütlük bu xəbərləri təsdiqləməyib. İndi isə onların ikinci dəfə valideyn olmağa hazırlaşdığı barədə məlumat gündəmdədir.

Mənsumə

Sfera.az

PAYLAŞ