Ən kinli və ən yaddaşlı bürclər hansılardır?

Ən kinli və ən yaddaşlı bürclər hansılardır?
Kateqoriya məlum deyil
T

Bəzi insanlar yaşadıqları hadisələri qısa müddətdə unudaraq həyatlarına davam edə bilirlər. Digərləri isə illər keçsə belə nə onlara edilən yaxşılığı, nə də qarşılaşdıqları haqsızlıqları yaddaşlarından silirlər. Astroloqların fikrincə, bu xüsusiyyət bəzi bürclərdə daha qabarıq şəkildə özünü göstərir.

Sfera.az astroloji şərhlərə əsasən, güclü yaddaşı və inciklikləri uzun müddət unutmaması ilə seçilən bürcləri oxucularına təqdim edir.

Əqrəb

Əqrəb bürcü xəyanəti və haqsızlığı asanlıqla unutmayan, güclü emosional yaddaşı ilə tanınır.

Xərçəng

Xərçəng bürcü hisslərini dərindən yaşadığı üçün ona edilən yaxşılığı da, pisliyi də uzun illər xatırlayır.

Buğa

Buğa etibarı sarsıldıqda bağışlamaqda çətinlik çəkir və yaşadıqlarını yaddaşında saxlayır.

Oğlaq

Oğlaq isə soyuqqanlı görünsə də ona qarşı edilən haqsızlıqları unutmayan bürclərdən hesab olunur.

Astroloqlar bildirirlər ki, bu bürclərin nümayəndələri emosional yaddaşları ilə seçilir. Onlar etibar etdikləri insanlardan xəyanət gördükdə bunu asanlıqla unutmur və bağışlamaqda çətinlik çəkirlər. Eyni zamanda, onlara göstərilən yaxşılığı da illərlə xatırlayır fürsət düşdükdə bunun qarşılığını verməyə çalışırlar.

Mənsumə

Sfera.az

PAYLAŞ