82 yaşlı Nebahat Çehre Bodrum çimərliyində görüntülənib

Kateqoriya məlum deyil
T
Türk kinosunun sevilən simalarından olan Nebahat Çehre yay istirahətinə başlayıb.
Sfera.az xəbər verir ki, 82 yaşlı aktrisa tətilini Yalıkavak bölgəsində keçirir. O, qaldığı otelin çimərliyində kameralara tuş gəlib.

Türk mediasının yaydığı məlumata görə, qara çimərlik geyimində görüntülənən Nebahat Çehre gününü əsasən günəş vannası qəbul etməklə keçirib. Sənətçi uzun müddət günəş çarpayısında dincəlib, lakin dənizə girməyib.

Sakit və təmkinli davranışı ilə diqqətçəkən aktrisa çimərlikdə istirahət edərkən fotoqraflar tərəfindən lentə alınıb.
İllərə meydan oxuyan görünüşü ilə tez-tez gündəmə gələn Nebahat Çehrenin yeni fotoları qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mənsumə
