Bred Pitt sevgilisi ilə görüntüləndi

Kateqoriya məlum deyil
T
Hollivud ulduzu Bred Pitt özündən 29 yaş kiçik sevgilisi İnes de Ramonla birlikdə görüntülənib.
Sfera.az xəbər verir ki, cütlük ötən gün keçirilən dəbdəbəli tədbirlərdən birində birlikdə kameraların obyektivinə tuş gəlib. Bred Pitt və İnes de Ramon uyğunlaşdırdıqları qara geyimləri ilə diqqət çəkiblər.
2022-ci ildən eşq yaşayan cütlüyün səmimi görüntüləri sosial şəbəkələrdə də geniş müzakirə olunub. Fotolarda Pittin sevgilisini qucaqladığı anlar izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Bred Pitt altı uşaq atasıdır. O və İnes de Ramon münasibətlərini uzun müddətdir ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışsalar da son aylarda birlikdə daha tez-tez ictimai tədbirlərdə görünürlər.
Mənsumə
