Konsertində dava düşdü, 1 nəfər bıçaqlandı

Kateqoriya məlum deyil
T
Türkiyəli müğənni Sefonun ötən gün baş tutan konsertində xoşagəlməz hadisə yaşanıb.
Sfera.az xəbər verir ki, konsert zamanı bir qrup tamaşaçı arasında dava düşüb. Mübahisə nəticəsində bir nəfər bıçaqlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb. \\axsam.az
