"Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm"

Müğənni Günel Zeynalova sosial şəbəkədə ünvanına yazılan tənqidi rəylərə sərt münasibət bildirib.
Sfera.az xəbər verir ki, sənətçi paylaşdığı hekayələrdə onu təhqir edən və saxta profillərdən rəy yazan şəxslərə xəbərdarlıq edib. Günel əvvəlcə ünvanına yazılan şərhlərdən birini paylaşaraq bunları yazıb:
"Həddinizi bilin. Vicdansız, cahil və qəlbi kirli, özünü belə sevməyən insan yığını, sözüm sizədir. Yoxsa sizi ifşa edib üzr istətdirəcəyəm və heç çəkinməyəcəyəm".
Daha sonra isə müğənni yeni paylaşım edərək saxta hesab sahiblərini ifşa edəcəyini bildirib:
“Sözüm sizə… Hekayə bölümündə "fake" adlarınızı ifşa edəcəyəm. Bundan sonra mən yox, bir çox insanlara ağzınıza gələni yazmamağı öyrənərsiniz. Öz işinizlə, həyatınızla məşğul olun. Qəlbinizi təmizləyərsiniz, inşallah. Məni sevənlər isə cavabınızı versin".\\axsam.az
