Haluk Leventin saxlanılması barədə qərar verildi

Haluk Leventin saxlanılması barədə qərar verildi
Kateqoriya məlum deyil
T

Türkiyədə "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində dərnəyin sədri, tanınmış müğənni Haluk Levent barəsində saxlanılma qərarı qəbul edilib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata əsasən, qərar İstanbul Baş Prokurorluğunun "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı başladığı araşdırma çərçivəsində verilib.

Hazırda istintaq çərçivəsində dərnəyin fəaliyyəti, kibertəhlükəsizlik məsələləri və maliyyə əməliyyatları araşdırılır. Prokurorluq tərəfindən istintaq tədbirlərinin davam etdirildiyi bildirilib.

PAYLAŞ