Lətifə arıqlama sirrini açıqladı - Video

Müğənni Lətifə son vaxtlar verdiyi çəki və həyat tərzində etdiyi dəyişikliklərdən danışıb.
Sfera.az xəbər verir ki, sənətçi bu barədə "Həyatın dadı" verilişində açıqlama verib. O bildirib ki, arıqlamasına həm düzgün qidalanma, həm də idman kömək edib:
"Həm pəhriz, həm də idmanla oldu. Düşündüm ki, dəyişiklik lazımdır. Dəyişiklik varsa, inkişaf var. Yoxdursa, eyni yerdə qalmış olursan. Arıqladıqca əhvalım, sağlamlığım, hər şeyim dəyişdi. Yeməkdən qalmıram, sadəcə miqdarını azaltdım. Şirniyyatı qida rasionumdan çıxardım".
Lətifə çörəyin tamamilə qida rasionundan çıxarılmasının tərəfdarı olmadığını da vurğulayıb:
"Çörəksiz yaşamaq olmaz. Bu, dırnağa, dəriyə, saça təsir edir. Çörəyin özünəməxsus dadı və insan orqanizmi üçün vacib vitaminləri var. Demirəm ki, bütün günü çörək yeyin, amma səhər bir az yemək lazımdır. İnsan orqanizminə hər şey olar, əsas odur ki, miqdarında olsun".
Müğənni sosial şəbəkələrdə aktiv olmasının səbəbindən də söz açıb:
"Baxıram ki, sosial şəbəkəsiz mümkün deyil. Hətta verilişlər də sosial şəbəkələrdə gündəmə gəlir. Düşündüm ki, burada aktiv olmaq önəmlidir. Bir az zamanla ayaqlaşmaq lazımdır". \\axsam.az
