5G istifadəçilərinin sayı 3 milyardı ötdü

5G istifadəçilərinin sayı 3 milyardı ötdü
Kateqoriya məlum deyil
T

"Ericsson" şirkətinin 2026-cı ilin birinci rübünə aid olan hesabatına əsasən, dünyada 5G abunəçisi sayı 162 milyon artıb. Bu artımdan sonra 5G abunəçilərinin ümumi sayı 3 milyardı ötüb.

Sfera.az xəbər verir ki, bu günə qədər dünyada təxminən 390 mobil operator 5G xidmətini təqdim edir.

2025-ci ildə 5G şəbəkələri bütün mobil məlumat trafikinin 48%-ni daşıyıb. Bu göstəricinin 2031-ci ilin sonuna qədər 85%-ə yüksəlməsi gözlənilir. Qərbi Avropa, Şimali Amerika, Şimal-Şərqi Asiya və Körfəz Əməkdaşlıq Şurası ölkələrində 5G mobil abunəlik qəbul nisbətinin 2031-ci ilin sonuna qədər 90%-ə yaxın və ya daha yüksək olacağı proqnozlaşdırılır.

Vasif

Sfera.az

PAYLAŞ