Azərbaycan neftinin qiyməti 104 dolları keçdi

Kateqoriya məlum deyil
T
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,57 ABŞ dolları və ya 6,7 % artaraq 104,58 ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 100,3 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,59 ABŞ dolları və ya 6,87 % artaraq 102,48 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb./Report
