Sabirabadda məktəbdə yanğın olub

Kateqoriya məlum deyil
T
Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.
Sfera.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
