Suqovuşandakı mikroavtobus qəzasında xəsarət alanlardan üçünün vəziyyəti ağırdır - YENİLƏNDİ/FOTO

Suqovuşanda baş verən mikroavtobus qəzası zamanı xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sfera.az bildirir ki, yaralılardan vəziyyəti ağır olan 3 nəfər kəllə-beyin travması diaqnozu ilə Mingəçevir Regional Xəstəxanasına təxliyə olunub.
Digər xəsarət alan şəxslər isə müayinə və müalicə məqsədilə Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
***
07:00
Suqovuşan ərazisində işçiləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı, 77-JZ-716 dövlət qeydiyyat nişanlı mikroavtobus hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün xəstəxanaya yerləşdiriliblər.
Hadisənin başvermə səbəbləri araşdırılır./teleqraf

