Boğulan 5 yaşlı uşaqla bağlı bəzi TƏFƏRRÜATLAR

Kateqoriya məlum deyil
T
Cəlilabadda faciə: 5 yaşlı uşaq su anbarında boğuldu
Sfera.az “teleqraf.az”a istinadla xəbər verir ki, bu gün 5 yaşlı Onar Zamanovun itkin düşməsi barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Daha sonra aparılan axtarış tədbirləri nəticəsində azyaşlının yaşadığı evin qarşı tərəfində yerləşən Uzuntəpə su anbarında boğulduğu müəyyən edilib.
Hadisə yerinə cəlb olunan aidiyyəti qurumların əməkdaşları tərəfindən uşağın meyiti sudan çıxarılıb.
Daha sonra polisə məlumat verilib və meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
