Naxçıvanda qəzada yaralanmışdı- Xəstəxanada öldü

Naxçıvanda qəzada yaralanmışdı- Xəstəxanada öldü
Kateqoriya məlum deyil
T

Naxçıvan Muxtar Respjublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb.

 

Sfera.az xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, qəzada yaralanan digər şəxslər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.

 

Şahin Vəliyevin vəziyyəti ağır qiymətləndirilir.

PAYLAŞ