Netanyahu ABŞ səfərini təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə planlaşdırılan səfəri ləğv olunub.
Sfera.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, səfərin ləğv edilməsinə səbəb ABŞ-li senator Lindsi Qrehemin dəfn mərasiminin tarixinin ayın sonuna keçirilməsi olub.
Məlumata görə, Netanyahu ABŞ-yə səfəri çərçivəsində şənbə gecəsi İsraildən yola düşməli idi. Proqrama ABŞ-də keçiriləcək rəsmi görüşlərlə yanaşı, senator Lindsi Qrehemin dəfn mərasimində iştirak da daxil edilmişdi.
Lakin dəfn mərasiminin tarixinin dəyişdirilməsindən sonra səfər proqramına yenidən baxılıb və nəticədə ABŞ səfərinin ləğv edilməsi qərara alınıb.
İsrail mətbuatının yazdığına görə, səfər ərəfəsində Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün təşkili istiqamətində intensiv diplomatik təmaslar aparılırdı. “Israel Hayom” qəzeti İsrail tərəfinin bu görüşün baş tutması üçün danışıqlar apardığını bildirib.
Səfərin ləğv edilməsindən sonra Netanyahunun ABŞ-də planlaşdırılan görüşlərinin daha sonrakı tarixə təxirə salınacağı gözlənilir.
İsrail Baş nazirinin Ofisi yeni səfər tarixi ilə bağlı hələlik hər hansı əlavə məlumat açıqlamayıb.
Bəsti Rəfizadə
Sfera.az
