CENTCOM İrana hücumla bağlı açıqlama yaydı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı başladığı son hücum dalğasının başa çatdığını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, əməliyyat çərçivəsində İranın komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatı (PUA) infrastrukturu, eləcə də sahil müşahidə obyektlərinə yüksək dəqiqlikli zərbələr endirilib.
Bəyanata əsasən, Bəndər-Abbas da daxil olmaqla bir sıra bölgələrdə hədəflər vurulub. Həmçinin Böyük Tunb adasında yerləşən sahil mühafizəsi və gəmi əleyhinə raket obyektlərinin də məhv edildiyi bildirilib.
Hücumların əsas məqsədi Hörmüz boğazından keçən ticarət gəmilərinə İranın yaratdığı təhlükəni azaltmaq olub.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar CENTCOM-un rəsmi açıqlamasına əsaslanır və hadisələrlə bağlı İran tərəfinin mövqeyi açıqlanmayıb.
Bəsti Rəfizadə
Sfera.az
