Vyetnamda qayıq batdı - Ölənlər var

Kateqoriya məlum deyil
T
Turistləri daşıyan qayıq Vyetnamın cənubundakı Fu Kuok adası yaxınlığında batıb.
Sfera.az xəbər verir ki, nəticədə 15 nəfər həyatını itirib.
Bildirilir ki, qayıq limandan çıxdıqdan qısa müddət sonra aşıb. Gəmidə 32 hindistanlı turist və dörd heyət üzvü olub; 21 nəfər xilas edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır. Vyetnamın Baş naziri Le Min Hunq hadisənin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görülməsi barədə göstəriş verib./unikal
