Müctəba Xameneidən qisas mesajı:“İntiqam mütləq alınacaq”

Müctəba Xameneidən qisas mesajı:“İntiqam mütləq alınacaq”
Kateqoriya məlum deyil
T

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda həyatını itirən İranın ali dini lideri Əli Xameneinin yerinə keçən oğlu Müctəba Xamenei atasının qisasının mütləq alınacağını bəyan edib.

Sfera.az xəbər verir ki, Müctəba Xamenei sosial media hesabında atası Əli Xameneinin dəfn mərasimi ilə bağlı paylaşım edərək sərt mesajlar səsləndirib.

O bildirib ki, intiqam İran xalqının tələbidir və bu məqsəd mütləq həyata keçiriləcək.

“İntiqam xalqımızın istəyidir və mütləq yerinə yetirilməlidir. Dünyanın azad insanları yaxın zamanda bu ilahi vəzifənin bir hissəsini yerinə yetirəcəklər”, - deyə o vurğulayıb.

Müctəba Xamenei atasının müəyyən etdiyi yolla davam edəcəyini də qeyd edib. O, paylaşımında “hər iki müharibədə həlak olanların və atasının qanının qisasını alacaqlarına” söz verdiyini bildirib.

“Cinayətkar qatillər bilməlidirlər ki, onların rahat şəkildə ölmək arzusu gerçəkləşməyəcək. Bu məsələ nə mənim, nə də digər rəsmilərin varlığından asılıdır. Biz olsaq da, olmasaq da, bu qisas mütləq alınacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, xəbərdə iddia olunur ki, ABŞ və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücumlar nəticəsində İranın ali dini lideri Əli Xamenei həlak olub.

Məlumata əsasən, o, ölümündən 131 gün sonra keçirilən altıgünlük vida mərasimindən sonra iyulun 9-da dəfn edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ