Çin və Rusiyadan ABŞ-yə qarşı gizli plan: 3 mərhələli məhv strategiyası

Çin və Rusiyadan ABŞ-yə qarşı gizli plan: 3 mərhələli məhv strategiyası
Kateqoriya məlum deyil
T

Çin və Rusiya arasında İlon Maskın "Starlink" peyk şəbəkəsini sıradan çıxarmaq üçün gizli bir plan hazırlandığı ortaya çıxıb.

Sfera.az xəbər verir ki, "Der Spiegel", "Insider" və "Le Monde" nəşrlərinin birgə araşdırması nəticəsində ələ keçirilən sızdırılmış gizli sənədlər iki ölkənin ABŞ-ni kosmik texnologiyalarına və NATO-nun hərbi imkanlarına qarşı yeni nəsil silah sistemləri hazırladığını təsdiqləyib.

2023-cü ildə keçirilən 3-cü Çin-Rusiya Hərbi-Texniki Forumunda mühendislərin dövlət rəsmilərinə təqdim etdiyi sənədlərə görə, "Starlink"i məhv etmək üçün 3 mərhələli bir strategiya planlaşdırılıb:

Rusiyanın və Çinin diplomatik təzyiqləri vasitəsilə yeni "Starlink" peyklərinin orbitə buraxılmasının qarşısını almaq;

Starlink"in şəbəkəni genişləndirmək üçün ehtiyac duyduğu tezlik və bantları ələ keçirmək, həmçinin orbiti öz peykləri ilə doldurmaq;

Peyklərin fiziki olaraq məhv edilməsi. Bu mərhələdə kompüter virusları ilə işləməz hala gətirilən peyklərin gizli silah sistemləri ilə orbitdə məhv edilməsi nəzərdə tutulur.

Hərbi əməkdaşlıq və "S-500"dən daha güclü sistem

Çin ordusu peykləri məhv etmək üçün güclü lazerlər və "peyk ovçusu" raketlərin istifadəsini təklif edərkən, Rusiya tərəfi orbitə yüksək sürətli kiçik kürələrin atılması ilə peyklərin sıradan çıxarılmasını təklif edib. Bundan əlavə, iki ölkə ABŞ-nin “Patriot" raketlərinə alternativ olaraq, "S-500" sistemini belə geridə qoyacaq, hipersonik raketlərə malik yeni hava hücumundan müdafiə sisteminin ortaq istehsalı barədə razılığa gəliblər.

Bu hərbi razılaşma Avropada ciddi narahatlıq yaradıb. Almaniyanın Xarici İşlər naziri İohann Vadeful Çinin Rusiya ordusuna göstərdiyi dəstəyin miqyasını "son dərəcə narahatedici" kimi qiymətləndirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ