Dünya əhalisinin sayı 8 milyardı keçib

Dünya əhalisinin sayı 8 milyardı keçib
Kateqoriya məlum deyil
T

Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali hesablamalarına görə, dünya əhalisinin 2025-ci ilin ortalarına qədər 8.231.613.700 nəfərə çatacağı proqnozlaşdırılır.

Sfera.az xəbər verir ki, bu hesablamalara görə, ən çox əhalisi olan ölkə 1.463.865.525 nəfərlə Hindistan, ardınca 1.416.096.94 nəfərlə Çin və 347.275.808 nəfərlə ABŞ gəlir.

Bu üç ölkə dünya əhalisinin 39,2%-ni təşkil edir.

86.092.168 nəfərlə Türkiyə 194 ölkə arasında 18-ci yerdədir və dünya əhalisinin 1 faizini təşkil edir.

Uşaq əhalisi nisbətinin ən aşağı olduğu ölkə 12,9% ilə Cənubi Koreyadır. Onu 14,0% ilə Yaponiya və 14,4% ilə Sinqapur izləyir. 2025-ci ildə uşaq əhalisi nisbəti üzrə dünya ortalaması 29,3% təşkil etmişdir.

Lakin Türkiyənin uşaq əhalisi nisbəti 24,8%-dir və bu, bütün 27 Aİ üzv dövlətinin uşaq əhalisi nisbətindən yüksəkdir.

2025-ci ildə ən yüksək gənc əhali nisbətinə malik ölkə 23,3%-lə Cənubi Sudan olmuşdur. Ondan sonra 23,1%-lə Suriya və 22,5%-lə Mərkəzi Afrika Respublikası gəlir. Ən aşağı gənc əhali nisbətinə malik ölkə 8,8%-lə Monakodur. Ondan sonra 9,1%-lə Malta və 9,5%-lə Almaniya gəlir.

2025-ci ildə gənclər əhalisi nisbəti üzrə dünya ortalaması 15,6% təşkil etmişdir.

Monakoda yaşlı əhalinin ən yüksək nisbəti var.

2025-ci ildə dünya üzrə yaşlı əhalinin orta göstəricisi 10,4 faiz təşkil edir.

Vasif

Sfera.az

PAYLAŞ