Zakir Həsənov komandanları təltif etdi - FOTO

Kateqoriya məlum deyil
T
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.

