Tramp: “NATO-dan çox məyusam”

Tramp: “NATO-dan çox məyusam”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trmp NATO-nun fəaliyyətindən narazı olduğunu bildirib. O, Vaşinqtonun alyansdakı müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün digərlərindən qat-qat çox vəsait xərclədiyini deyib.

Sfera.az xəbər verir ki, bu barədə Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı danışıb.

ABŞ lideri bildirib ki, NATO-da maliyyə yükünün bölgüsü ədalətli deyil.

“NATO-dan çox məyus oldum. Biz milyardlarla dollar daha çox pul ödəyirik və bu, ədalətsizdir. Biz onları qoruyuruq, lakin onlar bizim üçün heç nə etmirlər”, - deyə Tramp vurğulayıb.

“Politico” nəşri yazıb ki, Trampın bu açıqlamalarından sonra NATO ölkələri Ankara sammiti ilə bağlı gözləntilərini aşağı salıblar. Nəşrin iddiasına görə, ABŞ prezidentinin sərt mövqeyi alyans daxilində müzakirələrin gedişinə və sammitin yekun nəticələrinə dair nikbinliyi azaldıb.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ