Moldovada müvəqqəti baş nazir təyin olundu

Moldovada müvəqqəti baş nazir təyin olundu
Kateqoriya məlum deyil
T

Moldovada baş nazirin istefasından sonra hökumətə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Moldovanın vitse-baş naziri və iqtisadiyyat naziri Yevgeni Osmokesku ölkənin baş nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bununla bağlı müvafiq fərmanı Moldova Prezidenti Maia Sandu imzalayıb.

Qeyd edək ki, bu təyinat baş nazir Aleksandr Muntyanunun istefasından sonra həyata keçirilib. Yeni hökumət formalaşdırılanadək Yevgeni Osmokesku baş nazir vəzifəsini icra edəcək.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ