Naxçıvanda əhalinin sayı artıb

Kateqoriya məlum deyil
T
Naxçıvan Muxtar Respublikasında əhalinin sayında artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatına görə, iyunun 1-nə olan vəziyyətə əsasən muxtar respublikada əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 212 nəfər və ya 0,3 faiz artıb.
Nəticədə Naxçıvan Muxtar Respublikasının əhalisi 472 820 nəfərə çatıb.
