İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq

Kateqoriya məlum deyil
T
Milli Hidrometeorologiya Xidməti iyulun 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
Sfera.az xəbər verir ki, məlumata əsasən, sabah Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Proqnoza görə, dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 23-24 dərəcə, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 24-25 dərəcə isti olacaq.
