Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Sfera.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur.

Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 32 % çoxdur.

Yanvar-iyun aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 1,6 % azalaraq 7,98 milyard ABŞ dollarına enib, iyunda isə 15,1 % artaraq 1,376 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox geyim idxalını Almaniya 1 milyard 174,11 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14 % az), Niderland 912,557 milyon ABŞ dolları (- 4,1 %) və İspaniya 851,116 milyon ABŞ dolları (+6,6 %) dəyərində həyata keçirib.

PAYLAŞ