Bakıda qayın yeznəsini bıçaqladı

Kateqoriya məlum deyil
T
Yasamal rayonunda ailə-məişət zəminində dava düşüb.
Sfera.az xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində baş verib.
1987-ci il təvəllüdlü Məmmədov Aydın Ayaz oğlu küçədə qaynı ilə mübahisə edib.
O döyülüb, daha sonra bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırma aparır./teleqraf
