İcra başçısına I müavin təyin olundu

İcra başçısına I müavin təyin olundu
Kateqoriya məlum deyil
T

Şəki Şəhər İcra Hakimiyyəti başçısına I müavin təyin olunub.

Sfera.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov sərəncam imzalayıb.

Sənədlə I müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.

Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəkidə anadan olub. O bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb./iqtisadiyyat.az

PAYLAŞ