Dövlət Təhlükəsizliyi Xidmətində kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

Kateqoriya məlum deyil
T
Azərbaycanda kibertəhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində fəaliyyətə başlayıb.
Sfera.az xəbər verir ki, bunu DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, kibertəhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kibertədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:
"Bu istiqamət üzrə həm "cyber investigation", həm də "cyber examination" bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT tipli ciddi kibertəhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur"./report
