Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edildi

Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edildi
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.

 

Sfera.az xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.

 

O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin may ayına kimi Rəqəmsal Tibbi Həllər-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb. 2021-ci ilin may ayından 2024-cü ilin yanvar ayına kimi isə İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub.

 

İbrahim İbrahimov 2006–2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib./banker.az

PAYLAŞ